Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.
“Qanunla.az” modern.az-a istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.
Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.
Q. Fərzəliyev həmin vaxt orada olmayıb.
Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.