image-970_50
image-ukraine_coronavirus_250620

Ukraynada koronavirusdan ölənlərin sayı bir sutkada üç dəfə artıb – FOTO

image-728_90

Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı demək olar ki üç dəfə artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

Qurumun məlumatına görə, oktyabrın 4-də infeksiya qurbanlarının sayı 317 nəfər olub (bu may ayından bəri rekord göstəricidir), bir gün əvvəl isə 114 nəfər həyatını itirib.

Yoluxanların sayı bu müddətdə 8,2 mindən 9,8 minə qalxıb.

Qeyd edək ki, pandemiya başlayandan bəri Ukraynada 2,5 milyon nəfər koronavirusa yoluxub, onlardan 57 mini həyatını itirib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki