image-qanunla-reklam
image-img_20211114_115639

Ukraynaya gedən azərbaycanlıların sayı artıb

image-lady-day-az

Bu ilin doqquz ayında Ukraynaya gələn turistlərin sayına görə Azərbaycan ilk 15 ölkə sırasındadır.

Qanunla.Az xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycandan Ukraynaya 33 min 410 turist gedib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Bu ölkəyə gələn turistlərin sayına görə ilk üçlükdə Moldova, Rusiya və Polşa dayanır.

Ümumilikdə, cari ilin doqquz ayında Ukraynaya 3 milyondan çox xarici turist gəlib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki