image-qanunla-reklam
image-kartapolov

Ukraynaya “Oreşnik”lə zərbə endirək – General

image-lady-day-az

Rusiya Dövlət Duması “Oreşnik” raketindən istifadə etməklə ölkəyə edilən kütləvi dron hücumlarına cavab verməyi təklif edib.

Qanunla.az xəbər verir ki, bunu Dumanın Müdafiə komitəsinin rəhbəri, general Andrey Kartapolov deyib.

“Qərar Ali Baş Komandanın ixtiyarındadır, amma düşünürəm ki, “Oreşnik”i işə salmaq zərər verməz, daha yaxşısı budur ki, birdən çox olsun”, – o bildirib.

Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyaya kütləvi PUA hücumu həyata keçirib. Hücum nəticəsində Moskvada 2 nəfər ölüb, 18 nəfər yaralanıb, ciddi dağıntılar var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki