image-qanunla-reklam
image-latviya

Ukraynaya qoşunu yalnız bu halda göndərəcəyik – Latviya

image-lady-day-az

NATO müvafiq təhlükəsizlik zəmanəti verməsə, münaqişə bitdikdən sonra Latviya öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Qanunla.Az xəbər verir ki, bunu Latviya Baş naziri Evika Silina “Der Şpigel”ə müsahibəsində deyib.

“Bu, hərbçilərə təhlükəsizlik zəmanətini kimin verəcəyindən asılıdır. Məsələn, NATO-dan zəmanət olmadan bu, işləməyəcək”, – o bildirib.

Eyni zamanda, Latviyanın baş naziri Avropa qoşunlarının Ukraynada atəşkəsin təmin edilməsində iştirak edə biləcəyini nəzəri cəhətdən mümkün adlandırıb.

“Bu, tamamilə mümkündür. Ancaq sual odur ki, ukraynalılar bunu həqiqətən də istəyirmi?” – Silina vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki