image-qanunla-reklam
image-heyderilham-1

Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik

Bu gün Azərbaycanda heç də bütün ölkələrdə mövcud olmayan ictimai-siyasi sabitlik və inkişaf hökm sürür ki, bunun da əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət strategiyasının cənab İlham Əliyev  tərəfindən müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə qətiyyətlə davam etdirilməsi, həmçinin müdriklik və uzaqgörənliklə reallaşdırılan daxili və xarici kurs dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin bu uğurlu siyasəti Azərbaycan Respublikasını dünyanın lider dövlətləri sırasına çıxarıb, ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.

Azərbaycan xalqı Ümummilli Liderimizin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz və sabit şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu qəbul edir. Bu gün Azərbaycan vətəndaşları bu fikirdə yekdildirlər ki, cənab Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyev kimi, Azərbaycanın ən böyük vətənpərvəri, ən mərhəmətli insanı, ən məsuliyyətli məmuru, ən layiqli rəhbəri və nəhayət, onların ən yaxın dostudur. Yalnız Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən kamil şəxsiyyət – güclü lider İlham Əliyev xalqdan dəstək ala bilər.

Müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılaraq, qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu Öndər Heydər Əliyevin  ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Ümummilli lider Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir.Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

 

Zərdab rayon Heydər Əliyev mərkəzinin muzey bələdçisi Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki