image-qanunla-reklam
image-er13-780x470-1

Ulu Öndər Heydər Əliyev və ana dilinə məhəbbətin dövlətçilikdə təzahürü

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev və ana dilinə məhəbbətin dövlətçilikdə təzahürü

Ümummilli Lider Hey­dər Əli­ye­vin Azər­bay­ca­na rəh­bər­li­yi­nin bi­rin­ci döv­rün­də, konk­ret ola­raq 1978-ci il­də Azər­bay­can di­li­nin öl­kə­mi­zin konsti­tu­si­ya­sı­na döv­lət di­li ki­mi da­xil et­dir­mə­yə na­il ol­ma­sı çağın reallıqları prizmasından yanaşdıqda mi­sil­siz ta­ri­xi nai­liy­yət­ sayılır. So­vet­lər İt­ti­fa­qın­da va­hid bey­nəl­mi­ləl­çi­lik prin­sip­lə­ri­nin hə­ya­ta ke­çi­ril­di­yi bir za­man­da Azər­bay­can di­li­nin rəs­mi ola­raq döv­lət di­li ki­mi qə­bul olun­ma­sı ço­xəsr­lik döv­lət­çi­lik ta­ri­xi­mi­zin na­dir ha­di­sə­si­ idi. Bu bö­yük ümum­mil­li ha­di­sə Azər­bay­can Res­pub­li­ka­sı­nın gə­lə­cək müs­tə­qil­li­yi­nin mü­hüm tə­mi­nat­la­rın­dan bi­ri idi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi tanınması milli kimliyin və mədəniyyətin qorunması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Bu təşəbbüsün konkret nəticəsi 27 aprel 1978-ci il tarixində qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması oldu. Bu məsələnin tarixi kontekst və əhəmiyyəti nədir? Aydındır ki, 1970-ci illərdə Sovet İttifaqında rus dilinin dominantlığı güclənməkdə idi və ittifaq miqyasında rus dilinin “ümumxalq ünsiyyət vasitəsi” kimi tanınması təşviq olunurdu. Bu şəraitdə respublikaların milli dillərinin arxa plana keçmək təhlükəsi yaranmışdı. Lakin Heydər Əliyev bu təhlükəni vaxtında dərk edərək, Azərbaycan xalqının milli kimliyinin əsas dayaqlarından biri olan ana dilinin qorunması və rəsmi status qazanması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi.

27 aprel 1978-ci il tarixində qəbul olunan yeni Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiya səviyyəsində təsbit edildi. Bu, Sovet İttifaqı çərçivəsində nadir hallardan biri idi və milli dəyərlərin qorunmasında mühüm addım idi. Bu təşəbbüsün nəticəsi olaraq Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və rəsmi sənədləşmədə daha geniş istifadə edilməyə başladı. Dilin hüquqi status alması onun gələcəkdə müstəqil Azərbaycan Respublikasında əsas dövlət dili kimi möhkəmlənməsinə zəmin yaratdı. Milli özünüdərk və mədəni dirçəliş proseslərinə təkan verdi.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəlişinin birinci dövründə, XX əs­rin 70-80-ci il­lə­rin­də Azər­bay­can ədə­bi-ic­ti­mai mü­hi­tin­də ana di­li mə­sə­lə­lə­ri ge­niş yer tut­muş­dur. Xalq şa­ir­lə­ri Rə­sul Rza, Bəx­ti­­yar Va­hab­za­də, Xə­lil Rza, Məm­məd Araz, bir qə­­dər son­ra Anar və Sa­bir Rüs­təm­xan­lı ki­mi sə­nət­kar­la­rın ana di­li uğ­run­da apar­dıq­la­rı mil­li mü­ca­di­lə­yə döv­lət sə­viy­yə­sin­də mü­əy­yən üsul­lar­la mey­dan açıl­mış və bu, ma­hiy­yət eti­ba­ri­lə xalq ara­sın­da və Mər­kə­zi hö­ku­mət­də Azər­bay­can di­li­nin döv­lət di­li sə­viy­yə­si­nə qal­dı­rıl­ma­sı üçün ic­ti­mai rə­yi ha­zır­la­mış­dır. Dil­çi alim­lər be­lə qə­na­ət­lə­rin­də haq­lı­dır­lar ki, “Hey­dər Əli­yev… Mosk­va ilə ən uğur­lu komp­ro­mis şə­rai­tin­də özü­nə­məx­sus “dil si­ya­sə­ti” yü­rü­dür­dü ki, hə­min si­ya­sə­tin baş­lı­ca məq­sə­di ana di­li­ni da­ha da in­ki­şaf et­dir­mək, …müs­tə­qil döv­lət di­li­nə çe­vir­mək idi”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin xal­qı­mı­zın ana di­li­nin ne­cə ad­lan­dı­rıl­ma­sı uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə döv­lə­ti­mi­zin ma­raq­la­rı­na, ta­ma­mi­lə uy­ğun idi

Doğ­ru­dan da cə­miy­yət­də ana di­li uğ­run­da ge­dən pro­ses­lə­ri za­man-za­man Mər­kə­zi hö­ku­mə­tin diq­qə­ti­nə çat­dır­maq­la və mə­­­sə­­­lə­yə Si­ya­si Bü­ro sə­viy­yə­sin­də ay­dın­lıq gə­tir­mə­yi ba­car­maq­la, Hey­dər Əli­yev hə­lə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də, 1978-ci il­də Azər­bay­can di­li­nin döv­lət di­li ki­mi öl­kə­nin Kons­ti­tu­­si­­ya­­sı­­na ay­rı­ca mad­də ki­mi da­xil edil­mə­si­nə na­il ol­muş­dur.

Öl­kə­miz müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra Hey­dər Əli­ye­vin ana di­li uğ­run­da apar­dı­ğı si­ya­sə­tin miq­ya­sı da­ha da ge­niş­lən­miş, bir çox ümum­mil­li mə­sə­lə­lə­rin döv­lət si­ya­sə­ti sə­viy­yə­sin­də həll edil­mə­si ilə ba­şa çat­dı­rıl­mış­dır. Bu za­man da Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi əsas qüv­və ya­zı­çı, ədə­biy­yat fak­to­ru və şa­ir­lər, ya­ra­dı­cı zi­ya­lı­lar ol­muş­dur.

Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin xal­qı­mı­zın ana di­li­nin ne­cə ad­lan­dı­rıl­ma­sı uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə döv­lə­ti­mi­zin ma­raq­la­rı­na, res­­pub­­li­ka­mı­zın re­al­lıq­la­rı­na ta­ma­mi­lə uy­ğun idi. Bu sa­hə­də də qə­ti fik­rə, ye­kun qə­­naə­tə gəl­mək üçün Hey­dər Əli­yev Azər­bay­can zi­ya­lı­la­rı­nın, o cüm­lə­dən ədə­­biy­­yat xa­dim­lə­ri­nin dəs­tə­yin­dən is­ti­fa­də et­mə­yi zə­ru­ri say­mış­dır. Onun 31 okt­yabr 1995-ci il­də Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sın­da zi­ya­lı­lar­la gö­rü­şü za­ma­nı irə­li sür­dü­yü Azər­bay­can Kons­ti­tu­si­ya­sın­da döv­lət di­li ki­mi Azər­bay­can di­li­nin təs­bit edil­mə­si ge­niş mə­na­da cə­miy­yə­tin ma­ra­ğı­na, öl­kə­miz­də ya­şa­yan bü­tün xalq­la­rın və et­nik qrup­la­rın ma­raq­la­rı­na uy­­ğun­dur. Azər­bay­can di­li ide­ya­sı Azər­bay­can­da ya­şa­yan bü­tün et­nik qrup­­la­­rı öz ət­ra­fın­da bir­ləş­di­rən bir fak­tor ki­mi Azər­bay­can ya­zı­çı­la­rı tə­rə­fin­dən mü­­da­­fiə olun­muş­dur.

Digər bir məqam. Hey­dər Əli­ye­vin klas­sik­lə­ri dün­ya­ya ta­nıt­ma mə­ra­mı­nın kö­kün­də xal­qın mi­nil­lik ta­ri­xi yad­da­şı­nın ol­du­ğu­nu is­bat­la­maq mey­li da­ya­nır­dı­sa, yu­bi­ley­lə­ri ke­çi­ri­lən İma­dəd­din Nə­si­mi, Mol­la Pə­nah Va­qif, Aşıq Ələs­gər, Hə­sən bəy Zər­da­bi, Cə­lil Məm­məd­qu­lu­za­də və baş­qa ədib­lər onun­çün “dil ha­di­sə­si” ki­mi önəm kəsb edir­di. Çün­ki “Hey­dər Əli­ye­vin Azər­bay­can di­li si­ya­sə­ti çox ge­niş mə­na­sı, el­mi-kon­sep­tu­al əsas­la­rı ilə, əs­lin­də Azər­bay­ca­nı xi­la­set­mə yo­lu­nun mü­hüm tər­kib his­sə­si idi” (Timuçin Əfəndiyev). O­nun müa­si­ri ol­du­ğu şa­ir və ya­zı­çı­la­ra ver­di­yi də­yə­rin zə­mi­nin­də həm də dil ami­li­nin da­yan­dı­ğı­nı gör­mək çə­tin de­yil. Son­ra­dan bu is­ti­qa­mət­də ata­ca­ğı ad­dı­mın – “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da” 18 iyun 2001-ci il ta­rix­li və “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da” 30 sent­yabr 2002-ci il ta­rix­li fər­man­la­rın zə­mi­nin­də da­ya­nan əsas sə­bəb xal­qın mil­li var­lı­ğı­nı mü­əy­yən edən baş­lı­ca ami­lin ana di­li ol­ma­sı­nı rəh­bər ki­mi dərk et­mə­si idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da”kı 29 okt­yabr 1997-ci il ta­rix­li sə­rən­ca­mı ilə Hey­dər Əli­yev yal­nız için­də­ki Şəh­ri­yar sev­gi­si­ni sər­gi­lə­mir­di, hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki