image-qanunla-reklam
image-9666_1651123438

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında

Dünya oftalmologiya elminə töhfələrini verən, qeyri-adi peşəkarlığı ilə şöhrətlənən böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxtlik bəxş etmişdir. Hər insan əməli fəaliyyətində bu səadətə – insanlara nur bəxş etmək səadətinə qovuşa bilmir. Böyük istedad, zəhmət, geniş qəlb və xeyirxahlıq insanı bu yüksəkliyə ucalda bilir. Gərgin əməyi ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə xanım elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır. Elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə dünya oftalmologiya elmində öz möhürünü vurub. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olaraq qəlblərdə öz abidəsini ucaldıb.

Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olmuşdur. Zərifə xanım çox sədaqətli həyat yoldaşı idi. Ümummilli liderimizin xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyevanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi var idi. Zərifə xanım Ümummili Lider Heydər Əliyevin həyat yoldaşı, sirdaşı, ölkəmizə İlham Əliyev kimi rəhbər bəxş etmiş görkəmli oftalmoloq alim, mənalı və zəngin həyat yolu keçən bir ziyalı xanım olub. Zərifə xanım Əliyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən analardan biri kimi – həyatını ailəsinin və xalqının sağlamlığına, saflığına həsr edib. Zərifə xanım Əliyeva az ömür yaşasa da, xoşbəxt insan idi. Ona görə xoşbəxt idi ki, həm böyük alim, həm də xoşbəxt ana, sədaqətli həyat yoldaşı idi. Ulu Öndər Heydər Əliyev öz xatirələrində Zərifə xanım haqqında belə demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib” Zərifə xanım Əliyeva gözəl təşkilatçı, ictimaiyyətçi olmaqla yanaşı, həm də əsl Azərbaycan qadınının rəmzi idi.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində yazırdı: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”.

 

 Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki