UNEC rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başlayıb.
Bu barədə “Qanunla.az”a Universitetdən məlumat verilib.
Bildirilir ki, elektron sənəd dövriyyəsi olan DocNet-də avqustun 1-dən başlayaraq bütün çıxış sənədləri elektron imza ilə imzalanacaqdır. Bununla da UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq edə biləcək.