image-qanunla-reklam
image-qelebe_paradi

Unudulmaz Böyük Qələbə

image-lady-day-az

Unudulmaz Böyük Qələbə.

Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. İkinci Qarabağ müharibəsi başlamanın birinci həftəsində şəhər, rayon mərkəzi olaraq Cəbrayıl şəhəri erməni işğalçılarından azad edildi.Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonar şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də böyük qəhra-manlıqlar,mətanət və şücayətlə əməliyyatlar həyata keçirdi. Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı.
“Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı.Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi.Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.
Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribatlar hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”. İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməli və iki qonşu dövlət arasındakı dost münasibət pozulmamalıdır. Amma əfsuslar olsun ki, rəsmi şəxslər də bizə qarşı əsassız ittihamlar irəli sürməyə başladı. Prezidentimizin də dediyi kimi: “Azərbaycan bu bölgələrə İsraili gətirib” kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun”.
Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşan ölkəyik və bizim suveren hüquqlarımıza hər kəsin hörmətlə yanaşmasını, bizim daxili işlərimizə müdaxilə etməməsini istəmək bizim suveren haqqımızdır.Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdırır və həyata keçirir.
“Siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız” kimi səsləndirilən tezislərə son qoyuldu. Bütün təzyiqlərin təməlində o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili prolemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun.Amma dünya gördü ki,biz Qarabağı unutmamışıq və hətta deyil Qarabağı,Azərbaycanın bir qarış torpağını da heç kimə verən deyilik.Bunu Azərbaycan dövlətilə,millətilə,iqtisadiyyatı ilə,hərbi gücü ilə,və nəhayət, Ali Baş Komandanı ilə,isbat etdi.

Əflatun Vahid oğlu Rzayev
Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki