image-qanunla-reklam
image-1641539142-makaron-640x400

Unun qiymətinin artması bu məhsulları da bahalaşdıracaq – Ekspert

image-lady-day-az

“Rəqəmlər göstərir ki, Azərbaycanın bir ildə xaricdən 1 milyon 300 min ton taxıl almağa ehtiyacı var. Özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Xarici bazarlarda qiymətin dəyişməsi isə Azərbaycana da təsir göstərir”.

Bunu Qanunla.Az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, əsas məsələlərdən biri daxili istehsalın artırılmasıdır:

“Çünki, yerli buğda istehsalı ehtiyaclarımızın cəmi 30 faizini görürür, 70 faizini isə xaricdən alırıq. Əsas istiqamət bu olmalıdır ki, Azərbaycan özünü əmtəəlik buğda ilə təmin etsin. Bunun üçün şərait var. Həmçinin, işğaldan azad olunmuş torpaqların iqtisadiyyata qazandırılması yolu ilə bu sahədə istehsalı artırmaq mümkündür. Bu qiymət artımının digər məhsullara necə təsir edəcəyinə gəlincə, undan hazırlanan məhsulların, şirniyyat, makaron, vermeşil və s.-nin qiymətində yaxın zamanlarda artım gözlənilir. Artımın 30-35 faiz səviyyəsində olması ehtimalı var”.

Ekspert qeyd edib ki, rəqabətli mühit təsis olunan ölkələrdə süni qiymət artımı mümkün deyil:

“Süni qiymət artımı varsa, demək ki, rəqabətlə bağlı problemlər var. Dövlət orqanları bu rəqabətsizlik mühitinin aradan qaldırılması üçün çalışmalıdır. Rəqabət olan yerdə süni qiymət artımı olmaz. Bizdə inflyasiya çox sürətlə gedir. Ötən ilin rəsmi rəqəmləri yaxın vaxtlarda açıqlanacaq. Amma 2021-ci ilin 11 ayının nəticələrinə görə, ərzaq inflyasiyası 14,8 faizə yaxınlaşıb. Bu, son illərin ən çox rəsmi inflyasiya göstəricisidir. Reallıqda ərzaq məhsullarının sürətlə artdığı görünür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki