image-qanunla-reklam
image-1618380060-covid

Uşaqlarda koronavirusa yoluxma riski – Baş pediatrdan AÇIQLAMA (VİDEO)

image-lady-day-az

“Koronavirusa yoluxma zamanı böyüklər arasında ölüm və fəsadlar 2.5-3, bəzi ölkələrdə isə 5 faizə qədərdirsə, uşaqlar arasında bu rəqəm 0.02 faiz səviyyəsindədir. Yəni uşaqların ölüm nisbəti böyüklərlə müqayisədə dəfələrlə aşağıdır”.

Unikal.org xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, koronanın gələcəkdə uşaqlara hansı təsir göstərəcəyi məlum deyil:

“Uşaqlar üçün hələlik koronavirus peyvəndi mövcud olmadığına görə onlara peyvənd vurulmur. Amma yəqin ki, bu, müvəqqəti prosesdir. Gələcəkdə növbəti mutasiyaların uşaqlarda hansı fəsadlar verə biləcəyi məlum deyil. Çox güman ki, uşaqlar üçün yaradılması planlaşdırılan koronavirus peyvəndləri ya planlı peyvəndlər cədvəlinə daxil ediləcək, ya da xəstəliyin kökünün kəsilməsinə nail olunacaq”.

N.Quliyev onu da bildirib ki, uşaqların koronadan qorunması üçün ətrafdakı insanların maskadan istifadə etməsi mütləqdir:

“Uşaqların virusa yoluxmaması üçün qoruyucu tədbirlər davam etdirilməlidir. 5 yaşa qədər uşaqların gigiyenik qaydalara riayət etməsinə nəzarət edilməsi çətindir. Uşaqlar maskadan istifadə etməsə belə, ətrafındakı insanlar maskalı olarsa, o zaman onlar virusdan qorunmuş olar”.

Baş pediatr onu da qeyd edib ki, uşaqlar üçün 11 yoluxucu xəstəliyə görə olan peyvəndlərin vurulması davam etdirilməlidir:

“11 yoluxucu xəstəliyə görə aparılan peyvəndlər koronavirusun mövcud olub-olmamasından asılı olmayaraq davam etdirilməlidir. Hazırda sözügedən peyvəndlər ölkəyə gətirilib və onların sayında hansısa çatışmazlıq problemi yoxdur. Uşaqlar üçün olan bu peyvəndlərin vurulmasını dayandırmaq böyük risklərlə nəticələnə bilər”.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki