image-qanunla-reklam
image-fotojet-37-1

Uşaqları əlindən alınan qadın buna dözməyib öldü

image-lady-day-az

 

Rusiyanın Ural bölgəsidə qəyyumluq orqanı övladlarını əlindən alandan sonra tənha yaşayan qadın ölüb.

34 yaşlı Yekaterina uşaqları ilə yataqxanada yaşayıb.

Naməlum şəxs uşaqların təhlükəli şərtlərdə yaşadığı ilə bağlı müvafiq orqanlara müraciət edib.

“Anonim məktub”dan sonra komissiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə yataqxanaya gəlib. Uşaqlar anadan alınıb.

Yekaterinanın anası iddia edir ki, kimsə qızının həyatının məhv olmasını çox istəyib.

Məlum olub ki, Yekaterina əlil doğulub və həm də xroniki yoluxucu xəstəlik keçirib. Qadının hər iki körpəsi də inkişaf qüsuru ilə doğulub.

Uşaqları ondan alınandan sonra Yekaterina vəziyyəti ilə əlaqədar qəbul etdiyi müalicədən imtina edib və çox keçmədən ölüb.

Uşaqların nənəsi onların himayədar ailədə yaşamasının əleyhinə olmadığını və özünün onların həyatında olmağı planlaşdırmadığını bildirib. Uşaqların atası, bəzi məlumatlara görə, hazırda həbsxanada cəza çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki