image-qanunla-reklam
image-img_20211019_132330

Uşaqları öldürüb onların qanını içən şəxs öldürüldü – FOTO

image-lady-day-az

Keniyada 20 yaşlı Masten Vanjal uşaqları öldürüb daha sonra onların qanını içdiyi üçün yerli sakinlər tərəfindən döyülərək öldürülüb. 

Qanunla.Az xəbər verir ki, ölkənin Bunqoma şəhərində baş verən hadisənin “qəhrəmanı” özünü uşaqlara futbol məşqçisi kimi təqdim edərək onları aldadırmış. Daha sonra uşaqlara narkotik verən Vanjal onları öldürüb qanını içirmiş.

Qeyd edək ki, polis onu oktyabrın əvvəlində həbs etmişdi. İlkin istintaq zamanı məlum olmuşdu ki, onun qurbanlarının sayı düz 10 nəfərdir.

Lakin o, paytaxt Nayrobidəki həbsxanadan qaçaraq Bunqomada gizlənibmiş. Manyak çox gizlənə bilməyib. Yerli sakinlər onu küçədə görən kimi tanıyıb döyərək öldürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki