image-qanunla-reklam
image-1725780691_a742a57e2f65be06020061be1172eb2b-1

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

image-lady-day-az

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.
Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər sırasında olub. Hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyev İtaliyaya rəsmi səfər edib. 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu bəyannamə Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Bu bəyannamə imzalandıqdan sonra İtaliya ilə Azərbaycan arasında olan münasibətlər daha da sürətlə inkişaf etdirməyə başlayıb.  2010-cu ildə İtaliya senatı Cənubi Qafqazdakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə də dövlətlərin sərhədlərinin dəyişdirilməsi yalnız onların razılığı əsasında baş  tuta bilməsi, münaqişələrin həllində  ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi qeyd olunurdu.  Həmin ildə də İtaliyanın deputatlar palatasının xarici əlaqələr komitəsi eyni məzmunlu qətnamə qəbul edib.
Müstəqilliyimizin ilk illərində Azərbaycan–İtaliya əməkdaşlığı baxımından indi yaşananları heç ağla gətirmək belə mümkün olmazdı. Ancaq xəyallarımızın gerçəkləşdiyi bir dövrdəyik və Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır. Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Göründüyü kimi, Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Prezident cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

 

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub.

2000-ci il iyunun 26-28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. 2001-ci il yanvarın 17-də isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul olunub.
2001-ci il yanvarın 25-də isə Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdir. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 20-dən artıq mühüm beynəlxalq tədbir keçirilib. Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb.
Cari ilin sentyabrın 6-da Azərbaycan Prezidenti cənab İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” sessiyasında çıxışında bu məsələyə də toxunub. O bildirib ki, Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub: “O zaman parlamentin üzvü idim və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, AŞPA tərəfindən tənqid olunduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair”.
Avropa Şurası ilə əməkdaşlığı vurğulayan cənab Prezident qeyd edib ki, bu ilin yanvar ayında baş vermiş hadisə “qırmızı xəttin” keçilməsi olub.
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və ötən ilin sentyabrında isə suverenliyini bərpa etdiyini, bununla da separatçılığın kökünün kəsildiyini söyləyərək müqayisə üçün əlavə edib: “Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

 

Münaqişəyə nəhayət son qoyuldu.

Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 2020-ci il noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin demişdir: “Biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

 

İkitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda” Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu adlı sessiyada iştirak edib. Azərbaycan və İtaliya arasında uzun illər ərzində strateji əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq Azərbaycan – İtaliya əlaqələrinin bütün sahələrini əhatə edir. Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Azərbaycan – İtaliya arasında əməkdaşlığın 10 il əvvəl müvafiq bəyannamə ilə qəbul edilib. Sessiyada iştirak edən Azərbaycan Lideri ölkəmizin ərazi bütövlüyü və suverenliyin bərpasının təkcə Qafqaz deyil, daha geniş regionda baş vermiş, ən böyük geosiyasi dəyişiklik adlandırıb. Eyni zamanda, torpaqların işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün nümunə olduğunu vurğulayıb. Əlaqələrin genişləndirilməsi potensial enerji sektoru üzrə deyil, digər sektor üzrə də mövcuddur. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənubi Qafqaz Dəhlizi adlanan 3500km inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkəni enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. İtaliyanın Cənubi Qafqazda ən böyük tərəfdaşı Azərbaycandır. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident cənab İlham Əliyevin böyük xidmətləri var. Dövlət başçısının İtaliyaya budəfəki səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq, gələcək illərdə də İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrini qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək.

Zərdab şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Ləman Cəbiyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki