image-qanunla-reklam
image-fotojet-2021-11-04t162106-246

Vaksin olunmadan toyda iştirak etmək istəyən 387 nəfər geri qaytarıldı – FOTO/VİDEO

image-lady-day-az

Sumqayıtda keçrilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb, bir nəfər aktiv koronavirus xəstəsinin isə toyda iştirak etməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Tədbir zamanı peyvənd olunmadan, yəni ikinci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Sumqayıt şəhərində keçirilən sonuncu profilaktik tədbir zamanı ictimai nəqliyyatda pandemiya qaydalarını pozan ümumilikdə 39 sürücü və sərnişin barədə inzibati protokol tərtib edilib.

Tədbir zamanı Sumqayıt şəhərində yerləşən qapalı məkanlar, iri ticarət mərkəzləri, kinoteatrlar və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı, həmçinin xidməti personalın maskadan düzgün istifadə etmədiyi aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Həmçinin şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Pandemiyanın qaydalarına əməl edilmədiyi məkanlarda qeydə alınan neqativ hallarla bağlı polis əməkdaşları müvafiq tədbirlər görüblər.

Qeyd edək ki, son 10 gün ərzində Sumqayıt şəhərində keçrilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb. Bu yoxlamalar zamanı axtarışda olan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, bir nəfər aktiv koronavirus xəstəsinin isə toy məclisində iştirak etməsinin qarşısı alınıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki