image-qanunla-reklam
image-1610614738744623_1000x669jpg-1610618065

Vaksinasiyanın üstünlükləri

image-lady-day-az

Vaksinasiyanın üstünlükləri

Xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş yayılıb.Xəstəliyin qarşısını almaq,xəstə insanı müalicə etməkdən daha yaxşıdır. İlk dəfə vaksinlənmə çox əsrlər saysız insan həyatını apararaq tüğyan edən xəstəlik,həqiqi çiçək xəstəliyi ilə mübarizə üçün tətbiq olunmağa başlamışdır.Buna oxşar peyvənd etmə üsulu Çində ,Türkiyədə və Avropada aparılırdı. İmmunologiyanın müvəffəqiyyətləri göy öskürək, qızılca və qrip kimi bir çox uşaq xəstəliklərinə qarşı peyvəndlərin tibbi praktikaya daxil edilməsinə imkan yaratdı. Adətən vaksinlər insanın immun sistemini zərərsiz sürətləri ilə təchiz edir.Vaksin virus və ya bakteriyanın fəallığını təcrid edərək xəstəliyin qarşısını alır. Vaksin olunan insanlarda ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir. Artıq il yarımdan çoxdur ki,dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə mütəxəssislər nəaliyyətlər əldə edərək,qısa zamanda xəstəliyə qarşı təsirli peyvəndlər hazırlayıblar. Bu vaksinlərin xəstəliklərlə mübarizədə çox böyük əhəmiyyəti var. Artıq aylardır,ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. “Azərbaycan Respublikasının COVİD-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulmuşdur. Əsas məqsəd ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri müşahidə olunmayıb. Koronavirusu məğlub etməyin yolu vaksinasiya olunmaqdan keçir. İnsanların peyvənd olunması,cəmiyyətimizin təhlükəsiz həyat ritminə daha tez qayıtması, bu bəla ilə mübarizədə uğur qazanması deməkdir. Pandemiya yeni başlayan zaman Prezidentimiz İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söylədi.Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimuma endirə bildi.Azərbaycan dünya üzrə vaksini ən birinci əldə edən ölkələrdən oldu. Bizlərində üzərinə düşən iş vaksinasiya prosesinə fəal qoşulmaqdır.Yoxsa həyatımızın normala dönməsi mümkün olmaz. Hər kəs vaksin olunsa ,əvvəlki həyatımıza daha tez qayıdarıq.Çünki,biz insanların qorxulu kabusuna çevrilən koronavirus pandemiyasından xilas yolu vaksinasiyadır.

Nərimanova Ülkər,
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki