image-qanunla-reklam
image-img_20211121_175610

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir? Sübhan Xəlilov yazır…

image-lady-day-az

Valideynlərin məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Ailənin
sosial-iqtisadi vəziyyətinin necə olmasından asılı olmayaraq, valideynin övladının təhsil prosesində iştirak
etməsini şagirdin inkişafına böyük təsir göstərir.
Tədqiqatlara əsasən, valideynləri tədris prosesində fəal olaraq iştirak edən şagirdlər daha yaxşı nəticələr əldə
edirlər. Onlar, daha yaxşı qiymətlər alır, daha yüksək akademik nailiyyətlərə sahibdirlər, ev tapşırıqları daha
keyfiyyətli şəkildə yerinə yetirilmiş olur. Onların davamiyyət göstəriciləri daha yüksəkdir və onlar pozitiv
hərəkətləri ilə fərqlənirlər. Məktəbə qarşı daim xoş əhval ruhiyyədə olurlar. Özlərinə və imkanlarına inamları
var.
Vaideynlərin cəlb edilməsi tədris müəssisələri tərəfindən də müsbət qiymətləndirilir. Tədris prosesində
valideynlərin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir. Belə ki, daha yaxşı
nəticələrə çatmaq üçün məktəb və müəllim valideynlərlə fəal əməkdaşlıqda maraqlı tərəf olmalıdır.
Valideynlərin fəal olaraq tədris prosesinə cəlb edilməsi məktəb icması, müəllimlər, valideynlər və şagirdlər
tərəfindən də müsbət qarşılanır. Aşağıda hər bir qrupun alacağı faydanı müzakirə edəcəyik.
Şagird üçün faydaları
Valideynlər uşağın təhsil prosesinə cəlb olunan zaman, ailənin sosial-
iqtisadi vəziyyətinin, etnik mənsubiyyətinin, valideynlərin təhsil
səviyyəsinin necə olmasından asılı olmayaraq şagirdlər daha böyük
nailiyyətlər əldə edirlər.
Valideyini təhsil prosesinə cəlb edilmiş şagird, məktəbi
daha uğurla bitirir, onun təhsilini davam etdirməsi üçün
daha yaxşı imkanları və şərtləri olur;
Statistik məlumatlara əsasən, əgər valideynin
müəllimlərlə əlaqəsi yoxdursa və o, məktəbdə baş verən
hadisələrlə maraqlanmırsa, onun uşağının akademik
göstəriciləri başqa uşaqların akademik göstəricilərindən
daha aşağı olur;
Valideynlərin məktəb həyatına cəlb olunduqları zaman, şagirdlər məktəbə qarşı daha xoş münasibət
bəsləyirlər və onların özlərinə və imkanlarına olan inancları daha yüksəkdir;
Valideynləri məktəb həyatına fəal olaraq cəlb olunmuş şagirdlər nümunəvi hərəkətləri ilə seçilir və
onlara qarşı tətbiq edilmiş intizam sanksiyalarının orta göstəricisi də digər şagirdlərlə müqayisədə
daha aşağıdır;
Məktəb həyatında fəal olaraq iştirak edən valideynlərin uşaqlarının müəllimlərlə və ailə üzvləri ilə
daha yaxşı münasibəti olur.

Sübhan Xəlilov Müəllim.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki