image-qanunla-reklam
image-img_20211117_155404

Valideynlərini silahla vurub, intihar etdi

image-lady-day-az

İstanbulun Küçükçekmece ərazisində dəhşətli ailə faciəsi  baş verib.  

Qanunla.Az xəbər  verir ki, 20 yaşlı Yusuf Çağrı Ekici  ana və  atasını silahla vurub. İnsident nəticəsində ata və ana yerindəcə keçinib. Gənc oğlan valideynlərini  öldürdükdən sonra zəhər içib.

Silah səslərindən sonra əraziyə polis cəlb olunub. Polis  əməkdaşları evdə 3  cəsəd aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, gənc oğlan hadisə günü saat 21:47-də  sosial şəbəkə hesabından cinayət  törədəcəyini və  intihar edəcəyini yazıbmış.

Faktla bağlı cinayət  işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki