image-qanunla-reklam
image-f16ebc76-f92e-3722-876a-cd1b225a1480_850

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb

image-lady-day-az

Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.

Qanunla.az-ın məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.

Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə “Karabakh Is Azerbaijan!” şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.

Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam edib. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakılar şəxslər onları ayırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki