image-qanunla-reklam
image-2f722a0652bfa7a1512149121

Vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyəti var

image-lady-day-az

Vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyəti var.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə verib. Sözügedən televiziya kanalının suallarını cavablandıran dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz və regionun inkişafı naminə sülh danışıqlarının aparılmasına həmişə hazırdır.
Biz artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğumuzu bildirmişik. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz. Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Sülh müqaviləsi mütləq olmalıdır.
Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Prezident vurğulayıb ki, vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyəti var. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.
Əslində,sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir.Sülh müqaviləsi mütləq olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində  danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib. Münaqişənin həllinə qərəzli mövqe nümayiş etdirənlərə kəskin münasibət bildirən ölkə rəhbəri qeyd edib ki, münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər.
Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.

Orxan Məmmədov,
Saatlı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki