image-qanunla-reklam
image-83423998_2526609677466915_3463622684473032704_n

Vəkil Adəm Məmmədov: Qalib gələcəyim təqdirdə daim seçicilər ilə birgə olacağam FOTO-VİDEO

image-lady-day-az

92-Saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vəkillər Kollegiyasının üzvü olan Vəkil Adəm Məmmədovun seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində vətəndaşlarla görüşü davam edir.Görüşlər Zərdab rayon Alıcanlı,Çallı və Ucar rayonunun Bərgüşad kəndlərində olub.
Görüşdə çıxış edən deputatlığa namizəd Adəm Məmmədov seçicilərə  Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyavin ölkəmizdə gördüyü işlərdən, əldə olunan uğurlardan  ətraflı danışıb.
Qanunla.az xəbər verir ki,eyni zamanda, əhalinin istək və təklifləri dinlənilib, qayğı və problemləri ilə maraqlanılıb.Vəkil Adəm Məmmədov bildirib ki, Parlamentin gəncləşməsi əslində İlham Əliyevin çağırışıdır və düşünürük ki, xalqımız da Prezidentimizin bu çağırışına adekvat olacaqdır. O, seçkilərdə qalib gələcəyi təqdirdə daim seçiciləri ilə birgə olacağını, ölkəmiz, xalqımız naminə çalışacağınıı vəd edib. Daha sonra sakinlər namizədə uğurlar arzulayaraq, onun parlamentdə təmsil olunmasının xalqa,Zərdab şəhər sakinlərinə faydalı olacağını bildiriblər.Görüşdə sakinlərin kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün Adəm Məmmədova təşəkkür edən sakinlər fevralın 9-u yekdilliklə ona səs verəcəklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki