image-qanunla-reklam
image-1581090023_84403098_1424383824406900_807644041389801472_n

Vəkil Adəm Məmmədov seçicilərlə son görüşünü keçirib-FOTOLAR

image-lady-day-az

92-saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd tanınmış Vəkil Adəm Məmmədov bu gün seçiciləri ilə, Zərdab rayon Gəlmə və Şahhüseyinli kənddində təbliğat-təşviqat qrafiki üzrə son görüşlərini keçirib.
Qanunla.az xəbər verir ki,yüksək əhval ruhiyyə ilə başlayan görüşdə seçicilər ölkə prezidenti cənab İlham Əliyevin xalqımıza, şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər, hər zaman onunla, dövlətçiliyimizlə bərabər olduqlarını önə çəkiblər.
Seçicilər deputatlığa namizəd Adəm Məmmədova dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, onlar Adəm Məmmədovun onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da ona səs verəcəklər.
Deputatlığa namizəd Adəm Məmmədov bu fikri dönə-dönə bildirdi ki, dövlətə sədaqət, qanunlara hörmət, insanlara etibar, gələcəyə inam hər bir Azərbaycan vətəndaşını harada yaşamasında asılı olmayaraq əsas amalına çevrilməlidir. Namizəd seçicilərini 9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, seçki məntəqələrinə gəlib, öz seçki hüquqlarından düzgün istifadə etməyə, Azərbaycanın davamlı inkişafına dəstək olmağa çağırdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki