image-qanunla-reklam
image-1577690815_71828247_2546414532311952_394664927081529344_n

Vəkil Adəm Məmmədov təbliğat işlərinə başladı –VİDEO

image-lady-day-az

Qanunla.az xəbər verir ki,Vəkil Adəm Məmmədov ümummilli lider ulu öndər Heydər Əliyevin büstünün önünə öz adından gül çələngi qoyduğdan sonra,Şəhidlərin xatirəsinə ucaldırılmış abidənin qarşısına gül çələngi qoyub. Daha sonra Zərdab rayon Mədəniyyət evində seçicilərdən geniş görüş keçirilib. Görüşdə Vəkil Adəm Məmmədov geniş nitq söyləyib:

Əziz seçicilər!
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlara dəstək olaraq Milli Məclisin də vaxtından əvvəl buraxılması və yeni tərkibin formalaşdırılması xüsusi əhəmiyyətə malikdir. Belə ki, yeni çağırışlara cavab verəcək çevik tərkibli parlamentlə qarşıya qoyulmuş məqsədlərə nail olmaq daha asan olacaqdır. Eyni zamanda Möhtərəm Prezidentin “Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışı biz gənclərin gücünə güc qatıb. Mən də bu çağırışa qoşularaq, bütün gücümlə Azərbaycanın uğurlu gələcəyinə öz töhfəmi vermək istəyirəm.Görüşdə vətəndaşların sosial prablemləri qabardılıb,mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair söhbətlər aparılıb.Mədəniyyət evində görüşdən sonra şəhid və qazi ailələrinin evlərində görüşü olmuşdur.

Qeyd edək ki,Vəkil Adəm Məmmədov 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki