image-qanunla-reklam
image-c7c442117e0de38125d52e57ec5ad4b6

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilir- FOTOLAR

image-lady-day-az

28 dekabr Vəkil Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilir.

Mərasimdən əvvəl ARVK rəhbərliyi, orqanları, qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Qanunla.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov qonaqları salamlayaraq bildirib ki, bu il Azərbaycan vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur.

Ölkəmizdə vəkilliyin tarixindən, inkişafından, getdikcə daha da yüksələn nüfuzundan, son 7 il ərzindəki fəaliyyətindən və görülən işlərdən danışan sədr əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini, o cümlədən vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini söyləyib.

Anar Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalandığını xatırladaraq Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini deyib.

Sədr diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib. Ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Prezidentin müvafiq Fərman və Sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub.

Bu il ARVK ilə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq 400-dən çox məhkuma vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərildiyini, son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini vurğulayan Anar Bağırov bu sahədə müəyyən layihələrə imza atıldığını, habelə ARVK tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox vəkillərin istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanıldığını deyib.

Kollegiyanın gənclərə daim dəstək göstərdiyini bildirən sədr Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, hüquqşünas tələbələrin ARVK-nın dəstəyi ilə keçirilən daxili və xarici yarışlara qatıldıqlarını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğu vurğulayıb.

Tədbir digər iştirakçıların çıxışları, vəkillərin təltif edilməsi, “E-vəkil” mobil tətbiqinin təqdimatı ilə davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki