image-qanunla-reklam
image-28b3b405-4eec-3895-bda7-4306687676eb_850

Vəkil: “Mixeil Saakaşvilinin durumu pisləşir”

image-lady-day-az

“Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir”.

Bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki