image-qanunla-reklam
image-fotojet-2021-10-14t104927-054

Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib

image-lady-day-az

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini, vəkil Pərviz Ələkbərova ağır itki üz verib.

Qanunla.Az xəbər verir ki, tanınmış vəkilin atası Saday Ələkbərov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, 1936-cı il təvəllüdlü Saday Ələkbərov Şuşada anadan olub. Uzun illər Şuşada məsul vəzifələrdə çalışıb.

Qanunla.Az  kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki