image-qanunla-reklam
image-27332737_1449246015202774_667631823820049815_n_e43308e658696125018da63aa1fcd1e7

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ad günüdür

image-lady-day-az

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ad günüdür.

Anar Ramiz oğlu Bağırov 19 iyun 1976-cı ildə  Gəncə şəhərində doğulub.Hörmətli sədrin bu gün 45 yaşı tamam olur.

Anar Bağırov Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü,Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Təhsili

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır.

Peşə fəaliyyəti

19972005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləmişdir.

2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır.

2012-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2017-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədridir.

2019-cu ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir.

İctimai fəaliyyəti

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.

O, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, “Azərbaycan vəkili” jurnalının baş redaktoru, həmçinin “Cənubi Qafqaz hüquq jurnalı” və Rusiyanın “Avrasiya vəkilliyi” jurnalının redaksiya heyətinin üzvüdür.

2012-ci ildə peşəkar və akademik sahədən olan hüquqşünaslar və vəkillərdən ibarət tərkibdə yaradılmış “Ödənnişsiz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi qrupun rəhbəridir.

2012-ci ilin may ayında Avropa İttifaqı ilə birgə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatın həmmüəllifidir.

Avropa Şurasının ölkəmizdə həyata keçirdiyi “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmış “Təqsirin etirafı əqdi və onun Azərbaycanda tətbiqi məsələləri ilə bağlı” konsepsiya sənədinin müəllifidir].

2018-ci ilin martından Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin (TÜRK-AV) idarə heyətinin üzvüdür.

2020-ci ildən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən “Chambers and Partners” reytinq şirkətinin “Chambers Asia Pacific 2014” nəşrində “Azərbaycanda biznes hüququ” kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olunmuşdur. Bundan başqa, o, “Who`s Who Legal” reytinq şirkətinin “Who`s Who of Construction Lawyers 2013” nəşri, habelə IFLR1000, Legal500 reytinq şirkətləri tərəfindən hər il nəşr olunan reytinq cədvəllərində “yüksək səviyyədə tövsiyə olunan hüquqşünas” olaraq qiymətləndirilmişdir.

Bır sıra yerli beynəlxalq konfranslarda Azərbaycan vəkilliyini təmsil etmişdir.

Yerli və xarici hüquq jurnallarında 50-dən çox məqalənin müəllifidir.

Nailiyyətləri

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 28 dekabr 2019-cu il tarixli qərarına əsasən, Məhkəmə-Hüquq Şurasının “Fəxri döş nişanı” ilə təltif edilmişdir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri fərman” ilə təltif olunmuş, həmçinin “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının tədris tədbirlərində fəal iştirakına görə “Fəxri diplom”la təltif olunmuşdur[15].

Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” ilə təltif olunmuşdur.

Rusiya Vəkillərinin Federal Palatası tərəfindən “Rusiyanın fəxri vəkili” adı ilə təltif olunmuşdur.

Ukrayna Vəkillərinin Milli Assosiasiyasının 17 sentyabr 2019-cu il tarixli qərarına əsasən, Ukrayna Vəkillərinin Milli Assosiasiyasının “Fəxri döş nişanı” ilə təltif edilmişdir.

”Qanunla.Az Media Group”-un Baş redaktoru Xəyyam Məmmədovun və kollektivin adından hörmətli sədr Anar Bağırova can sağlığı,işlərində uğurlar arzulayırıq!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki