image-qanunla-reklam
image-af927145-55e7-3f46-8eea-4e2ca213fdec_850

Vergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

image-lady-day-az

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən “YAŞAT” Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki