image-qanunla-reklam
image-179642207_4205858186142378_1935676431344891125_n

Vətən müharibəsi qazisi işlə təmin olunub-FOTO

image-lady-day-az
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli sosial siyasətdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli prioritet istiqamətlərdəndir.
Buna uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun struktur bölmələri tərəfindən də lazımi işlər görülür. Nazir Anar Kərimovun tapşırığı ilə mədəniyyət işçiləri tərəfindən şəhid ailələri və qazilər ziyarət olunur, onlarla görüşlər keçirilir, maddi və mənəvi dəstək göstərilir, təhsili və ixtisası uyğun gələnlər işlə təmin edilir.
Bu qəbildən növbəti bir addım kimi, Vətən müharibəsi qazisi Səməndərov Yasin Afiq oğlu Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində işlə təmin olunmuşdur. Tovuz rayon Hacıhəsənli kənd sakini olan Yasin Səməndərov Azərbaycan Turizm və Menecment Universitetində muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması ixtisası üzrə ali təhsil almış, Qarabağın azad olunduğu 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı fəal iştirakına görə” Fəxri Fərmanı, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi
Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki