Vətən müharibəsi qazisi vəfat edib.
Qanunla.az xəbər verir ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.
Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.
Xatırladaq ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.