image-qanunla-reklam
image-img_20210803_000123

Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günüdür

image-lady-day-az

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri  Zərdab rayon sakini, şəhid Məmmədzadə Anar Nazim  oğlunun doğum günüdür.

Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Məmmədzadə  Anarın  bu gün 22 yaşı tamam olur.

Anar Məmmədzadə 1999-cu il avqustun 3-də Zərdab şəhəri M.E.Axundov küçəsində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir.
2006-cı il tarixdə Zərdab şəhər 1 saylı məktəb liseyin 1-ci sinfinə qəbul olmuş və 2017-ci ilin məzunu kimi məktəbi bitirmişdir. Məktəbdə oxuduğu müddətdə nizam-intizami, vətənpərvər bir Azərbaycan oğlu kimi hamının hörmətini qazanmışdır. Elə bu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Texniki Universitetinə qəbul olmuşdur. 2019-cu tədris ilində təhsilini müvəqqəti dayandıraraqhərbi xidmətə getmək istədiyini bildirmiş və 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır.
Onun xidmətə necə həvəslə getdiyini sübut edən səs yazıları belə var. Qeydə alınmış videoların birində müxbirin “Bayraq sənin üçün nədir?” sualına cavab olaraq “Bayraq mənim namusumdur!” deyən Anar 27 sentyabr II Qarabağ müharibəsi döyüşə atılmış və Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərində şücaətlə içtirak etmişdir.
Cəsur şəhidimiz Baş Əsgər Məmmədzadə Anar Nazim oğlu N saylı hərbi hissənin Həmlə Taborunda Baş Əsgər kimi hərbi xidmət keçirmişdir. Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edən Məmmədzadə Anar döyüş yoldaşlarının verdiyi məlumata görə daim qorxmadan hücuma atılmışdır.
Şəhidimiz Məmmədzadə Anar Tabor Komandirindən sonra 500 metrlik məsafədə birinci atıcı olmuşdur. Əsgərimizin ailəsinə verdiyi məlumata görə, o Həmlə taboruna Türkiyənin müvafiq nümayəndələri tərəfindən seçilmişdir. Bəlkə də, əksəriyyətimiz bilir ki, döyüşlər zamanı Həmlə taboru hər kəsdən öncə döyüşə girir. 21 yaşlı şəhidimiz Anar 27 sentyabrdan başlayan döyüşlərdə iştirak edərkən Komandiri “Bu müharibədir, bəlkə də burdan qayıtmayacağıq” demiş, Anar isə cavabında “Bilirəm, mən Vətən üçün gedirəm” demişdi. Komandiri ilə görüşümüzdə bizə çox təəcüblə bu sualı vermişdi: “Bu uşaq necə böyüdülüb? Bu necə cəsarətli uşaqdır, harda böyüyüb axı?”
Şəhidimiz Anarın cəsarətini, şücaətini, qəhrəmanlığını göstərən daha çox şeylər bilirik biz!
Anarla eyni taborda döyüşən, yaralanıb Zərdab xəstəxanasında müalicə alan Zərdablı igidimizin sözləri: “Biz orada bir-birimizə yerli deyirdik. Tez-tez zarafatca yerli qorxmursan, deyə sual verirdim. Anar isə cavabında, yox, yerli, heç nədən qorxmuram demişdi mənə”
4 oktyabr 2020-ci ildə ailəsi ilə telefonla danışarkən qardaşına “4-5 erməni itini öldürmüşəm, artırım?” deyərək gülmüşdür. Bu sadəcə bizim bildiyimiz saydır, çünki bu vaxtdan etibarən, Anardan heç bir məlumat almaq mümkün olmamışdır. Necə sevinirdi, necə qürur duyurdu?! Axı o da illərdir ürəyimizdə sağalmayan yaramızı sağaltmaq üçün döyüşürdü.
Onun üçün sonuncu döyüş olan 6-8 oktyabr 2020-ci il tarixdə Füzuli yaxınlığında gedən hücum əməliyyatında da şəhidimiz hamıdan öndə hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurmuşdur. Həmin hücum əməliyyatında ilk hücuma atılan 30 nəfərə yaxın şəxsi heyət, o cümlüdün, Baş əsgər Məmmədzadə Anar Nazim oğlu şəhid olmuş və onları döyüş meydanından çıxarmaq mümkün olmamışdır. Həmin istiqamətdə düşmənin böyük qüvvələri cəmləşdiyi üçün hücum istiqaməti dəyişdirilərək Cəbrayıl və Hadrut istiqamətində davam etdirilmiş, Anarın şəhid olduğu əraziləri isə 20-21 oktyabr tarixində düşmən işğalından azad etmək mümkün olmuşdur. Şəhidimizin nəşi yalnız onda götürülmüş və DNT analizindən sonra 19 noyabr tarixində Zərdab rayon Gəlmə qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Anar müharibəyə getməzdən qabaq bibisi ilə telefonda danışarkən “Gecələr rahat yatın, mən burdayam” demişdi. O yoxdu, amma bu sözü heç vaxt unudulmayacaq.

Eldar Xəlilov

image-img-20210802-wa0003

Allah rəhmət eləsin!

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki