image-qanunla-reklam
image-img_20211016_164629

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib – FOTOLAR

image-lady-day-az

Bu gün Vətən müharibəsi şəhidi Əliyev Mərhab Şikar oğlunun anım mərasimidir. Bu münasibətlə YAP-çı deputat Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti və ağsaqqalları şəhidin anım mərasimində iştirak edib.

Şəhid Mərhab Əliyevin məzarı ziyarət edilib, ruhuna dualar oxunulub, əziz xatirəsi ehtiramla anılıb.

Onu da qeyd edək ki, Mərhab Əliyev Suqovuşan döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala yerləşdirilib. Oktyabrın 15-də Hərbi Hospitalda şəhid olub. Goranboy rayonunun Bağçakürd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mərhab Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki