Bakıda gənc qız faciəli şəkildə ölüb.
“Qanunla.az” qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, A.Məmmədova Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır.