image-qanunla-reklam
image-90cef39e-d094-34e9-8be6-34cd509fd7b1_850

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı – YENİLƏNİB+FOTO/VİDEO

image-lady-day-az

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

18:43

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki