image-2000_150
image-970_50
image-jurnalistbackend

Vətən müharibəsini işıqlandıran türk jurnalistlər mükafatlandırıldı

image-728_90

Türkiyənin İstanbul şəhərində İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən Vətən müharibəsi reallıqlarını dünya ictimaiyyətinə çatdıran azərbaycanlı və türkiyəli media mənsubları mükafatlandırılıb.

Qanunla.Az xəbər verir ki, mükafata layiq görülənlər arasında, “TV 100”ün xüsusi müxbiri Ali Burak Ersemir də var. O, “Report”a açıqlamasında Azərbaycan dövləti və xalqı tərəfindən unudulmadıqları üçün məmnunluğunu ifadə edərək, təltif olunduğu mükafatın çox böyük mənəvi dəyərini vurğulayıb.

Azərbaycanın torpaqlarını azad etmək uğrunda keçirdiyi hərbi əməliyyatlardan, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə və Bərdədə törədilən terror aktlarından, azad olunan torpaqlarda erməni vəhşiliklərindən və ümumiyyətlə Vətən müharibəsindən bəhs edən sənədli filmin müəllifi, 70 gün ərzində Azərbaycanın ən müxtəlif bölgələrində videoçəkilişlər aparan Fulya Öztürk də mükafat laureatları arasındadır.

“Azərbaycanda Vətən müharibəsi zamanı gördüklərim mənə ömrüm boyu unuda bilməyəcəyim qarışıq duyğular yaşadıb. Bu duyğular həm sevincdən, qürurdan, həm də məlum terror hadisələri zamanı keçirdiyim dərin kədərdən ibarətdir. Bu mükafat məndə böyük sevinc hissi doğurdu. Mükafatı evimin ən gözəl yerində saxlayıb, Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizi yad edəcəyəm”, – Fulya Öztürk deyib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki