image-qanunla-reklam
image-1618552395_1af255aa-5a1e-3049-ae6c-66ead7a07647_850

Vətən müharibəsinin şəhidi bu gün Xaçmazda dəfn ediləcək

image-lady-day-az
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.
Qanunla.Az-ın xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki