image-qanunla-reklam
image-195881751_479689466443649_861680321112395019_n

Vətən qoxusuLeyla Yaşar

image-lady-day-az

Vətən qoxusu…. Sevgilərimizi bölərək yaşıyırıq bu dünyada…Bu kiçik qəlbimizə Vətən boyda sevgi qoyaraq , torpagına,daşına qurban ola ola ,sevə sevə yaşayarıq …. Bizdən qopub ayrılmayan sevgidi bu sevgi, məsafələr bəzən bizi ayırsa da ruhumuz ayrılmaz Vətəndən…Qürbət pəncərəsindən məlul -məlul boylanıb Vətən həsrəti çəkərik… Başqa ölkələr nə qədər gözəl olsa da Vətənin daşı ,torpagı çəkər insanı, torpagının , otunun üstündə oturub nə qədər istəsən ki Vətənin iyin alasan mümkün olmaz…O gözəlliklər sənə süni gələr, həzz ala bilərsən gözəllikdən ,onu qəlbən ,ruhən yaşaya bilməzsən…üzün gülər ancaq qəlbində adını qoya bilmdədiyin bir nisgil olar, gecələr yatanda öz Vətənindəki səhəri arzulayrsan.günəşin necə gözəlliklə yüksəlməsini, yagışın şırıltısını, qışda qarını, axsam günəşin qürubunu , yazda agacdan ,güldən gələn o qoxunu o qədər arzulayarsan ki…Havasını ciyərlərinə çəkmək üçün günləri sayarsan…gülümsünərək yaşasan da qəlbində bir kədər bogar səni , suyunda , yeməyində belə o dogmalıgı axtararsan …Əşyalarında belə o soyuqlugu hiss edərsən , insanlarıyla nə qədər mehriban olsan da , öz yerlilərini görəndə sevincdən ” ölərsən”. Vətəndən qonaq gedən biri görəndə qucaqlayıb ayrılmaq istəmərsən …ondan Vətən qoxusunu almaq istərsən…Adını qoya bilmədiyin o qoxunu…vətəndən gətirdiyi cır alça sənə o qədər şirin gələrki…keşkə orda olaydım doyunca bundan yeyərdim deyərsən..halbuki qaldıgın yerdə alça agaclarıyla hər gün rastlaşırsan…qəlbində Vətən həsrəti o qədər çox olarki, şəkil çəkdirəndə şaqqanaq çəkib gülsəndə gözlərinin giləsi küskün olar… Torpagını , daşını ,otunu ələfini, suyunu o qədər özləyərsənki .. Vətənə gələndə sərhədi keçən kimi burnuna dəyən o qoxu üçün nələr vermərsən…Gözündə hər şey gözəlləşər ,təbiiləşər, insanlar daha da dogmalaşar sənin üçün…çox uzaq qohumun belə sənə çox dogma gələr . Yeməklərini dadıqca ,suyunu içdikcə sanki həyata yenidən qayıdarsan…Gözlərinin içi gülər, ürəyindən o nisgil gedər Vətən adlı məmləkətdə…. Məzarlıga gedərsən bütün qəbirdaşlarına baxarsan bir bir ,tanımadıqların belə tanıdıqların kimi gələr …Yaxınlarının sənin gəlişinə sevindiklərini hiss edərsən özlüyündə, ona görə Vətənda ölmək istərsən ,öləndə dogma Vətənimə aparın məni deyə vəsiyyət edərsən, apara bilməsəniz bir ovuc torpaq gətirib məzarıma tökərsiniz deyərsən …. Bir gün yenidən geri dönərsən…qəlbini ,ruhunu Vətən də qoyaraq gedərsən… Uzaqlaşdıqca içində o Vətən adlı iniltinin səsini duyarsan, qəmgin qəmgin geriyə boylanarsan…çevrilib Vətəni qucaqlamaq, heç buraxmamaq keçər könlündən, hər şeyi özündə cəmləyən o Vətən qoxusunu heç kim görməsin deyə xəlvətcə ürəyinin gözyaşında bogarsan…….

 

Leyla Yaşar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki