image-qanunla-reklam
image-zerdab-rayon-icra-hakimiyyeti1

Vətəndaşın əsassız ittihamlarına Zərdab RİH-dən açıqlama

image-lady-day-az

Gödəkqobu kənd sakini Rəsul İsayev tərəfindən özünə məxsus youtube kanalında (İsayev Rəsul) “ZƏRDAB RN GÖDƏKQOBU KƏNDİNİN BİR TƏRFİNDƏ SU DOLU QANUNSUZ ĞÖLLƏR BİR TƏFDƏ SUSUZ HEYVANLAR ƏKİNLƏR.” başlığı altında 08 sentyabr 2021-ci il tarixdə yayımlanmış video materialda qeyd olunan fikirlərə cavab olaraq bildiririk ki, Gödəkqobu bələdiyyəsi ərazisində 3 nəfərin icarəsində olmaqla 21,8 ha təbii göl vardır. Həmin göllərin qanuni və ya qanunsuz fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparılması üçün icarədarların təqdim etdiyi sənədlər rayon icra hakimiyyəti tərəfindən hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bayram Novruzov icarəsində olan 8 ha gölün istifadəsindən könüllü olaraq imtina etmişdir. Hər üç gölün su təminatı Türyançay çayı vasitəsilə həyata keçirilir. Lakin 3 aydan çoxdur ki, Türyançay çayında su olmadığından və ya az miqdarda olduğundan Rəsul İsayevin göllərə su verilməsi fikri əsassızdır.
Gödəkqobu kənd əhalisinin və mal-qaranın suya olan ehtiyacı Kür çayından gələn kanallar vasitəsilə həyata keçirildiyindən bu sahədə problem yoxdur. Hazırda kəndin kanallarında kifayət qədər su vardır.
Vətəndaşla əlaqə saxlanılmış, Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının və vətəndaşın iştirakı ilə əraziyə baxış keçiriləcəyi ona bildirilmişdir. Qeyd olunmuşdur ki, vətəndaş hazırda hansısa gölə su verildiyini göstərərsə komissiya tərəfindən həmin gölə suyun verilişinin dərhal dayandırılması təmin ediləcəkdir.

Zərdab Rayon İcra Hakimiyyət


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki