image-qanunla-reklam
image-1639383199_1773095

Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır

image-lady-day-az

Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır.

 

İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.Gənclərin Vətəni ləyaqətlə təmsil etdiklərini, hər bir vətəndaşın öz əməyi ilə ölkəmizi gücləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”.
Prezident İlham Əliyev onu da bildirib ki, bütün sahələrdə Azərbaycan gəncləri düşmənə həm də döyüş meydanında cavab verməklə ona əbədi dərs verdi: “Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə”.Prezident İlham Əliyev onu da söylədi ki, bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır: «İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz”.
Bəli, Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Çünki idmanımızdakı nailiyyətlər qalibiyyət simvolumuzun təzahürüdür. Dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru- Babək Mikayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki