image-qanunla-reklam
image-225217160_178029341057777_6260912395567567968_n

Vəzifəsindən geri çağrılan 2 səfirin YENİ TƏYİNATI GÖZLƏNİLİR

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,Prezident İlham Əliyevin sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Aldığımız məlumata əsasən, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri  vəzifəsindən geri çağrılan, Əli Fikrət oğlu Əlizadə yaxın günlərdə İran islam Respublikasına fövqəladə və səlahiyyətli səfiri təyin olunacaq.İrandakı səfir Bünyad Hüseynov isə tutduğu vəzifəsindən geri çağırılacaq.

Digər məlumata əsasən, Prezident İlham Əliyevin sərəncamı ilə geri çağrılan Belarus Respublikasında fövqəladə və səlahiyyətli sabiq səfiri Lətif Seyfəddin oğlu Qəndilov, Qırğızstan  Respublikasna fövqəladə və səlahiyyətli səfiri təyin olunacaq.

Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı səfiri Hidayət Orucov tutduğu vəzifəsindən geri çağırılıb təqaüdə göndəriləcək.

Qanunla.Az 

Vüqar Rəhimov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki