image-qanunla-reklam
image-1628764850-1608268451_756055307316174

“Vəziyyət kritik həddə çatıb” – Partiya sədrindən sülhməramlılara REAKSİYA

image-lady-day-az

“Mən 10 noyabr sazişindən sonra Azərbaycana gələn rus qoşunlarını işğalçı adlandırmışam. Onlar sülhməramlı deyil”.

Bunu Unikal.org-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq Azərbaycan tərəfinin maraqlarına dair bəzi məsələlər icra edilmir:

“Rusiya öz maraqlarını təmin etmək istəyir və qoşunlarını Dağlıq Qarabağ ərazisinə yerləşdirməklə ərazilərimizi işğal edib. Ondan sonra baş verənlər, Laçın dəhlizinin işlədiyi halda Zəngəzur dəhlizinin açılmaması kimi məsələlər onu sübut edir ki, Rusiya Cənubi Qafqazda qalmaq üçün bu konfliktdən istifadə edir. Rusiya sülhməramlıları qanunsuz şəkildə Azərbaycan ərazilərinə gəliblər. Bu məsələlər dərinləşəcək. Artıq bu məsələlər Azərbaycan-Ermənistan və yaxud Azərbaycan-Rusiya məsələləri deyil, qlobal məsələdir. Putin SSRİ-ni bərpa etmək istəyir. Biz millət kimi bir qədər ayıq olmalıyıq. Rusiya öz qoşunlarını bütün Azərbaycan ərazilərinə yerləşdirmək istəyir. Bu, Azərbaycanın dövlət müstəqilliyinə təhdiddir. Ruslar bunu istəyirlər.

Sevindirici haldır ki, 8 ay ard-arda olunan qanun pozuntularından sonra Azərbaycanın Xarici İşlər nazirliyi və Müdafiə nazirliyi adekvat movqe ifadə etməyə başlayıblar. Əslində, buna qədər olan mövqeləri yanlış idi. Azərbaycanlıların həmin ərazilərə qayıtmaması, “İsgəndər” raketinə cavabın verilməməsi, Laçın dəhlizinə nəzarətimizin olmaması kimi məsələlər hamısı yanlış idi. Onlara izahatlar tələb olunmalıdır.

Mən bu bəyanatlardan belə başa düşürəm ki, artıq vəziyyət kritik həddə gəlib. Şuşada olan atışma qırmızı cizgidir. Çox güman ki, Azərbaycan hakimiyyətində kəşfiyyat məlumatları var. Rus qoşunları perimetr boyu Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Bu dəfə artıq Rusiya qoşunlarının perimetr boyu üzərimizə gəlməsi ehtimalı var. Mən hesab edirəm ki, dünən baş verən hadisələr hamısı dərinləşəcək məsələlərdir. Əlbəttə ki, biz buna hazır olmalıyıq”.

VİP sədri İran İslam Respublikasına məxsus olan yük avtomobillərinin qanunsuz yollarla Qarabağ ərazisinə daxil olmasına da münasibət bildirib:

“Laçın dəhlizi Azərbaycan tərəfindən nəzarətə götürülməlidir. Bizim Laçın ərazisində olan sərhədimiz bərpa edilməlidir. Orada rus, erməni və Azərbaycan Silahlı Qüvvələri birlikdə fəaliyyət göstərməlidir. Biz Dağlıq Qarabağ ərazisinə girib çıxan dəstələri, maşınları, orada daşınan məmulatları nəzarət altında saxlamağı bacarmalıyıq. Əks halda verdiyimiz bəyanatlarla heç nəyə nail ola bilmərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki