image-qanunla-reklam
image-1641410251-tokayev

“Vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir” – Tokayev

image-lady-day-az

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.

Qanunla.Az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir”, – məlumatda ​​bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki