image-qanunla-reklam
image-1630390565-vilayet

Vilayət Eyvazov rəis müavinini İŞDƏN QOVDU

image-lady-day-az

Azərbaycanda rəis müavini işdən azad olunub. 

Qanunla.Az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki