image-qanunla-reklam
image-1628075335-vilayet1

Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı – Yeni təyinat

image-lady-day-az

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qanunla.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki