image-qanunla-reklam
image-1658137283-vilyam

Vilyam Hacıyevə 12 il həbs cəzası VERİLDİ

image-lady-day-az

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qanunla.az” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son söz deyib. O bildirib ki, ittihamlar əsaslandırılmayıbTəqsirləndirilən şəxs bildirib ki, vəzifədə olduğu müddətdə dövlətə və dövlətçiliyə xidmət edib. Vilyam Hacıyev xahiş edib ki, məhkəmə onun dövlətə xidmətlərini nəzərə alsın.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki