image-qanunla-reklam
image-ermeni-qeza

VOMA terrorçuları Zəngəzurda qəzaya düşdü

image-lady-day-az

VOMA (“sağ qalmaq uğrunda”) terror təşkilatının üzvləri Zəngəzurda ağır qəzaya uğrayıblar.

Qanunla.Az  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, “Toyota” sürücüsü Qaragöl-Akner yolunda idarəetməni itirib və maşını aşırıb. Qəzada ağır yaralanan sürücü və sərnişin Gorus xəstəxanasına yerləşdirilib.

Erməni mediası maşının “Real məktəb” təhsil-mədəniyyət fonduna məxsus olduğunu yazıb, xəstəxanaya yerləşdirilənlərin isə VOMA terror təşkilatının üzvləridir.

Qeyd edək ki, VOMA – “sağ qalmaq uğrunda” sözlərinin ermənicə baş hərflərindən yaranıb. Rəhbəri erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanovdur.

ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) təşkilatının rəhbəri, dosent Savaş Eğilməz bu terror təşkilatının yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında topladığını açıqlayıb. Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir.

Qrupun PKK-dan və ASALA tör-töküntülərindən dəstək aldığı da bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki