image-qanunla-reklam
image-vuqu

Vüqar Nadirovun ayağı gipsə qoyuldu: “Bu, sınıqdan da betərdir” – FOTO

image-lady-day-az

 

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirovun ayaq biləyi əzilib.

Bu barədə a millimizin sabiq futbolçusu, bu ilin əvvəlində Milli Futbol Liqasının (MFL) direktoru təyin olunmuş Vüqar Nadirov deyib.

“Srağagün mini meydançada futbol oynayırdıq. Bir dəfə havaya qalxıb yerə düşəndə sağ ayaq biləyimdə ağrı hiss etdim. Fikirləşdim ki, heç nə olmaz, oyuna davam etdim. Amma hiss etdim ki, ağrılar qalıb. Evdə buz qoydum, fikirləşdim ki, səhərə keçib gedər. Dünən səhər duranda gördüm ki, ayaq biləyim şişib, ayağımı yerə basa bilmirəm.

Rentgenə getdim. Məlum oldu ki, bu, sınıqdan da betərdir, möhkəm əzilib. Həm də əvvəldən də zədəm vardı. Həkim baxdı ki, topuğumda köhnə zədələr qalıb. Ona görə də ayağım gipsə qoyuldu. Yalnız 21 gündən sonra gips açılacaq”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki