image-qanunla-reklam
image-polis-emeliyyat

Xaçmaz sakini cinayət başında yaxalandı

image-lady-day-az

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.az-a verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər.

 

Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlanılaraq Quba Rayon Polis Şöbəsinə gətirilib.

 

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.

 

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki