Xaçmaz rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, rayonun Hülövlü kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 3 otağının, aynabəndinin yanar konstruksiyaları 130 m² sahədə, 2-ci mərtəbəsində 1 otağının, aynabəndinin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.